Accessibility links

Əfqanıstanda seçkilər zorakılıqlar şəraitində keçirilir

  • Amerikanın səsi

Əfqanıstanda seçkilər zorakılıqlar şəraitində keçirilir

Əfqanıstanda seçkilər zorakılıqlar şəraitində keçirilir

Əfqanlar Talibanın hədələrinə baxmayaraq, seçki məntəqələrinə yollanıblar

Əfqanıstanda raket və bomba hücumlarına baxmayaraq, bu gün Talibana və korrupsiyaya qarşı mübarizədə test hesab edilən yeni parlamentə seçkilər keçirilir. Hadisələrdə azı 10 nəfərin öldüyü xəbər verilir. Bağlan, Kunar və şimalda Takhar vilayətləri, habelə paytaxt Kabil səsvermə məntəqələrinin açılışından öncə raket hücumlarına məruz qalıb. BMT-nin Əfqanıstandakı xüsusi nümayəndəsi Staffan de Mistura seçki gününü qarışır kimi təsvir edib. O deyib ki, təhlükəsizliklə bağlı vəziyyətin seçici fəallığına necə təsir göstərdiyi haqda bir söz demək tezdir. Bununla belə, müşahidəçilər seçki fəallığının yüksək olmadığını bildirirlər. Əfqanıstanın Mərkəzi Seçki komissiyasının rəsmisi Fazil Əhməd Mənavi deyib ki, insidentlər səsvermənin gedişinə mane olmayıb və ölkədə 5800 səsvermə məntəqələrinin 92 faizi açıq olub. Əfqanlar Talibanın hədələrinə baxmayaraq, seçki məntəqələrinə yollanıblar. Əfqanıstan prezidenti Həmid Karzai bu gün səhər Kabildə səs verib və deyib ki, seçkilər ölkəni daha yaxşı gələcəyə aparacaq. 2500 namizəd Əfqanıstan parlamentinin 249 yerlik aşağı palatasına seçkilərdə iştirak edir.



XS
SM
MD
LG