Accessibility links

Taliban yaraqlıları məhkəmə binasına hücum edib


Taliban yaraqlılarının Əfqanıstanın Fərah vilayətindəki məhkəmə binasına hücumu zamanı azı 20 nəfər ölüb, 70 nəfər yaralanıb. Taliban müxbirlərə göndərdiyi mesajlarda hücumun məsuliyyətini öz üzərinə götürüb.

Rəsmilər bugünkü hücumun 10 Taliban yaraqlısının məhkəmə prosesi zamanı həyata keçirildiyini bildirib.

Vilayət rəsmiləri hücumçulardan birinin maşına yerləşdirilmiş bombanı məhkəmənin girəcəyində partladarkən, digərinin isə təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək öldürüldüyünü deyib.

Yerli polis atışmanın davam etdiyini bildirib.
XS
SM
MD
LG