Accessibility links


NATO Əfqanıstan polisinin bu ayın əvvəlində itkin düşmüş gürcü əsgərin cəsədini tapdığını bildirib

Beynəlxalq koalisiya qüvvələrinin verdiyi məlumata görə əsgərin cəsədi Helmənd vilayətində tapılıb. Əfqanıstan polisi cəsədi NATO-ya təhvil verib.

NATO rəsmilərinin bildirdiyinə görə Gürcüstanın 2009-cu ildə beynəlxalq hərbi əməliyyatlara qoşulmasından sonra Əfqanıstanda 19 gürcü əsgər həlak olub.

Gürcüstanın Əfqanıstanda beynəlxalq koalisiya qüvvələrinin tərkibində hazırda min beş yüzdən ibarət əsgəri qüvvəsi var.
XS
SM
MD
LG