Accessibility links

NATO qüvvələri Əfqanıstanda Haqqani şəbəkəsinin liderini ələ keçirib

  • Amerikanın səsi

NATO qüvvələri Əfqanıstanda Haqqani şəbəkəsinin liderini ələ keçirib

NATO qüvvələri Əfqanıstanda Haqqani şəbəkəsinin liderini ələ keçirib

NATO Əfqanıstanda Əl-Qaidə və Talibanla əlaqəsi olan Haqqani şəbəkəsinin liderinin ələ keçirildiyini bildirir. Alyansın bu gün verdiyi açıqlamada deyilir ki, Əfqanıstan və koalisiya qüvvələri Pakistanla sərhəd yaxınlığında yerləşən Paktiya vilayətində birgə əməliyyatı nəticəsində Hacı Mali Xanı ələ keçirib. NATO-nun bəyanatında Xanın Haqqani şəbəkəsinə məxsus bazaları idarə etdiyi, habelə Əfqanıstan ərazisində terror hücumları həyata keçirmək üçün Pakistandan yaraqlıların Əfqanıstana gətirilməsi əməliyyatlarına nəzarət etdiyi deyilir. Alyans bildirir ki, ələ keçirilən zaman Xanın üzərində silah olduğunu, lakin onun müqavimət göstərmədən təslim olduğunu bildirir. Taliban Xanın ələ keçirildiyini təkzib edib.

XS
SM
MD
LG