Accessibility links

Əfqanıstanın Xost vilayətində kamikadze hücumu onlarla insanın ölümünə səbəb olub


Bu gün Əfqanıstanın Xost vilayətində həyata keçirilən intiharçı hücumu azı 17 nəfərin ölümünə, 50 nəfərin yaralanmasına səbəb olub. Vilayət qubernatorunun sözçüsü Amerikanın Səsinə bildirib ki, intiharçı bombanı yerli hökumətdə korrupsiya hallarına qarşı keçirilən yürüş zamanı partladıb.

Yaralananlar arasında Əfqan qanunvericisi Humayun, humayunun da olduğu deyilir. Bir həftə əvvəl Pakistanla sərhəddə yerləşən Hostda keçirilən etiraz aksiyalarını vətəndaş cəmiyyətləri fəalları və hökumətə qarşı olan bəzi qanunvericilər təşkil etmişdi.

Taliban sözçüsü hücumda qrupun əli olmadığını bildirib.

Bu arada, Helmənd vilayətində yol kənarına yerləşdirilmiş bombanın partlaması nəticəsində vilayətin polis rəisi ölüb. Yerli rəsmilərin dediyinə görə, polis rəisi Hikmətulla Əkmal səhər tezdən öz maşınında Talibanın hücum həyata keçirdiyi Gireşk mahalına gedərkən öldürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG