Accessibility links

Əfqanıstanın kəşfiyyat idarəsinin başçısına hücum edilib


Əsədulla Xalid
Əsədulla Xalid
Əfqanıstanın kəşfiyyat idarəsinin rəhbəri Əsədulla Xalidə bu gün paytaxt Kabildəki qonaq evində hücum təşkil olunub. Rəsmilər partlayış zamanı yaralanan kəşfiyyat başçısının dərhal xəstəxanaya çatdırıldığını bildirmişlər.

Ölkənin Milli Təhlükəsizlik Müdirliyi hücum barədə məlumatı təsdiq edərək, Xalidin yaralandığını bildirmiş və bunu terror hücumu adlandırmışdır. Lakin hücumun məsuliyyətini dərhal üzərinə götürən olmayıb.

Əfqanıstan prezidenti Həmid Karzayın xəstəxanaya yaralını ziyarətə getdiyi və həkimin Əsədulla Xalidin vəziyyətinin yaxşı olduğu xəbər verilir.

Əsədulla Xalid bu vəzifəyə prezident Həmid Karzayın kabinetdə dəyişikliklər etməsindən sonra, bu ilin sentyabr ayında təyin edilib. Bu vəzifəyə təyin edilməzdən əvvəl isə cənab Xalid Əfqanılstanda qəbilələrin yaşadığı sərhəd bölgələri üzrə nazir vəzifəsində çalışırdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG