Accessibility links

Əfqanıstanda NATO bazası yaxınlığında intiharçı hücumu baş verib


Əfqanıstan paytaxtındakı NATO hərbi bazası yaxınlığında həyata keçirilən intiharçı hücumu nəticəsində iki əfqan hərbiçisinin qətlə yetirildiyi, beş mülki vətəndaşın isə yaralandığı xəbər verilir.

Rəsmilərin bildirdiyinə görə, bu gün baş vermiş hücumda bədənlərinə bomba bağlamış iki intiharçı iştirak edib. Məlumatda intiharçıdan birinin bədəninə sarıdığı bombanın əfqan təhlükəsizlik qüvvələrinin ona atəş açarkən partladığı deyilir.

Partlayışlar Kabildəki Egger düşərgəsində - NATO koalisiya qüvvələrinin baş qərargahları və xarici səfirliklərin yerləşdiyi ərazidə dağıntılara səbəb olub.

Kabildəki ABŞ səfirliyində həyəcan siqnalı çalınıb.

NATO maşınlarından birinin zədələndiyini, amma koalisiya əsgərlərindən heç kəsin xəsarət almadığını bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG