Accessibility links

Əfqanıstan prezidenti ABŞ-a yola düşüb


Əfqanıstan prezidenti Həmid Karzay gələn il ABŞ hərbi qüvvələrinin Əfqanıstanı tərk etməsindən sonra ölkənin gələcəyi barədə prezident prezident Barak Obama və digər rəsmilərlə müzakirələr aparmaq üçün bu gün Birləşmiş Ştatlara yola düşüb.

Əfqanıstan liderinin ofisindən alınan məlumata görə müzakirələr zamanı əsas diqqət mərkəzində təhlükəsizlik, iqtisadiyyat, əfqan ordusunun gücləndirliməsi və Talibanla sülh danışıqlarına başlanması yolları olacaq.

2001-ci ildən, ABŞ hərbi qüvvələri Əfqanıstana daxil olandan bəri, Amerika vergi ödəyənləri Əfqanıstanda yenidənqurma proqramları üçün milyardlarla dollar məbləğındə pul xərcləyiblər.

ABŞ-a səfəri ərəfəsində cənab Karzay Kabildə Birləşmiş Ştatlar Senatının bir qrup nümayəndəsi ilə görüşüb. Cənab Karzayın ofisi onun ABŞ nümayəndə heyəti ilə təhlükəsizlik məsələləri və ölkədə sülh prosesini müzakirə etdiyini bildirib.
XS
SM
MD
LG