Accessibility links

Kabildə iki xarici vətəndaş oğurlanıb


Əfqanıstanın paytaxtı Kabildə naməlum silahlıların biri ABŞ digəri isə Avstraliya vətəndaşı olmaqla, iki nəfəri girov götürdfüləri bildirilir. Oğurlanan şəxslərin Əfqanıstandakı Amerika Universitetinin işçiləri olduğu güman edilir.

Adının çəkilməsini istəməyən yerli polis rəsmisi Amerikanın Səsinin Əfqan şöbəsinə müsahibəsində bazar günü gecə xarici vətəmndaşları qaçıranların Əfqanıstan Milli Ordusunun uniformasında olduqlarını deyib.

Birləşmiş Ştatların Dövlət Departamenti ABŞ vətəndsaşının oğurlanmasından xəbərdar olduğunu bildirsə də, əlavə heç bir məlumat verməyib. Avstraliya hökuməti də vətəndaşının oğurlanması xəbərini təsdiq edib.

Kabil polisi təhqiqatlara başlayıb və oğurlanan şəxslərin tapılması yolunda əməliyyatlar aparılır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG