Accessibility links

Əfqanıstanda Taliban biri amerikalı olmaqla üç nəfəri qətlə yetirib


Birləşmiş Ştatlar səfirliyi və Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, paytaxt Kabilin şimal bölgəsində silahlı şəxslər bir Amerika və iki Əfqan vətəndaşını qətlə yetirmişlər.

Rəsmilər həmin üç nəfərin bu gün Pərvan vilayətində avtomobildə gedərkən hücuma məruz qaldıqlarını deyirlər. Qətlə yetirilən amerikalının elektrik mühəndisi olduğu bildirilir.
Hücumun məsuliyyətinin Taliban öz üzərinə götürüb.

NATO-nun bildirdiyinə görə, bu gün eləcə də Əfqanıstanın şərqində yaraqlılar tərəfindən bir koalisiya işçisi öldürülüb.
XS
SM
MD
LG