Accessibility links

Əfqanıstan ordusu Qunduz şəhərinin bir hissəsinə nəzarəti ələ alıb


Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, ağır döyüşlərdən sonra silahlı qüvvələr bu gün səhər ölkənin şimalındakı Qunduz şəhərinin bir hissəsini ələ keçirib.

Əfqanıstan parlamentinin Aşağı Palatasının spikeri Əbdül Rauf İbrahim Kabildə müxbirlərlə görüşü zamanı hökumət qüvvələrinin Qunduzda nailiyyətlər əldə etdiyini, lakin şəhərin nəzarətini ələ alıb-almadığının müəyyən edilmədiyini deyib.

Daxili İşlər Nazirliyinin sözçüsü Sidiq Siddiqi Amerikanın Səsinə Əfqanıstan qüvvələrinin keçən gecə irimiqyaslı hücumlara keçdiyini və nailiyyət əldə etdiyini bildirib.

Qunduz sakinlərinin müxbirlərə şəhərin bu gün səhərdən Əfqanıstan təhlükəsizlik qüvvələrinin nəzarətinə keçdiyini deməsinə baxmayaraq, Taliban şəhərin hələ də onun nəzarətində olduğunu bildirib.

BMT-nin Əfqanıstanda Yardım Missiyası bildirib ki, Qunduz şəhərindəki silahlı qarşıdurmalar zamanı 100-dən çox insan ya ölüb, ya da yaralanıb. Məlumata görə, 6000-dən çox insanın şəhəri tərk etdiyi bildirilir.

XS
SM
MD
LG