Accessibility links

Əfqanıstanda xidmət edən ABŞ əsgərləri Xatirə gününü qeyd ediblər


Birləşmiş Ştatların Əfqanıstandakı hərbi qüvvələrinin komandiri general Stenli Makkristal Baqram hərbi hava bazasında ABŞ-da Xatirə günü münasibətilə tədbirdə iştirak edib

Birləşmiş Ştatların Əfqanıstandakı hərbi qüvvələrinin komandiri general Stenli Makkristal Baqram hərbi hava bazasında ABŞ-da Xatirə günü münasibətilə tədbirdə iştirak edib.

General Makkristal ABŞ-ın Əfqanıstandakı bazasına toplaşmış yüzlərlə əsgərə deyib ki, Xatirə günü hərbi münaqişələrdə həyatlarını itirilmiş insanların anım günüdür.

ABŞ-da may ayının sonuncu bazar ertəsi günü qeyd edilən Xatirə günü hərbi xidmətiborcunu yerinə yetirən zamanı həlak olmuş amerikalıların xatirəsi anılır.

Əfqanıstanın özündə bu gün NATO qüvvələri hökumət qüvvələrini Pakistanla sərhəddə yerləşşən Nuristan vilayətinin Bərq-e-Matal bölgəsindən çıxmağa vadar etmiş taliban militantlarına havadan hücum edib.

NATO əfqan hərbi qüvvələrinin kömək istədiyini bildirib. Alyans bldirir ki, Əfqanıstanın cənubunda Qəndəharda hava hücumu nəticəsində Talibanın komandiri Hacı Əmir və onun bir neçə döyüşçüsü qətlə yetirilib.

XS
SM
MD
LG