Accessibility links

Əfqanıstan-Pakistan sərhədində atışma olub


Əfqanıstan əlaqələrin onsuz da gərgin olduğu bir vaxt Pakistanla dağlıq sərhəd bölgəsində tez-tez atışmaların olduğunu bildirib.

Əfqanıstanın xarici işlər naziri Zalmay Rəsul cümə axşamı BMT Təhlükəsizlik Şurasına müraciət edərək bildirib ki, onun ölkəsi təcili olaraq atəşin dayandırılımasını istəyir.

Nazir deyir ki, iki dövlət arasındakı sərhəddə baş verən qarşıdurmalar zamanı onlarla əfqanıstanlı ölmüş, çox sayda insan yaralanmışdır.

Pakistan dəfələrlə Əfqanıstanı sərhəd bölgələrində yaraqlılara sığınacaq verməkdə ittiham edərək, hücumlarə cavab vermək məcburiyyətində qaldığını deyib.

Bu arada isə BMT-nin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Yan Kubiş Təhlükəsizlik Şurasına ölkənin müxtəlif bölgəsində Taliban döyüşçülərinə qarşı hücumların artdığı barədə məlumat verib.
XS
SM
MD
LG