Accessibility links

Əfqanıstan parlamentinə hücum olub


Güclü silahlanmış bir neçə şəxs bu gün Əfqanıstan parlamentinə hücum edib. Hücum Məsum Stanekzayın müdafiə naziri vəzifəsinə təyinatını müzakirə etmək üçün keçirilən parlament sessiyası zamanı həyata keçirilib.

Şahidlərin dediyinə görə, parlament binasına hücum zamanı partlayışlar və silah atəşi səsləri eşidilib. Hücum binanın əsas girişində böyük partlayışla başlayıb.

Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Sediq Siddiqi iki saat davam edən atışma zamanı üzərində bomba olan 7 Taliban yaraqlısının təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü deyib. Rəsmilər qanunvericilərdən heç birinin xəsarət almadığını, lakin 5 qadın və 3 uşaq olmaqla, azı 30 nəfərin yaralandığını bildirib.

Birləşmiş Ştatların Kabildəki səfirliyi hücumu pisləyərək, bunun qanunun aliliyinə və demokratiyaya hörmətsizlik olduğunu deyib.

XS
SM
MD
LG