Accessibility links

Əfqanıstanın daxili işlər naziri gözləntiləri doğrultmayıb


Əfqanıstanın yüksək rütbəli təhlükəsizlik rəsmilərindən birinə bir ildən az müddət ofisdə olduqdan sonra parlamentdə etimadsızlıq rəyi verilib.

Daxili işlər naziri Qulam Müxtəba Patanq Taliban yaraqlılarından müdafiə üçün təhlükəsizliyi möhkəmləndirə bilmədiyinə görə parlamentdə keçirilən səsvermədə 136 əleyhinə, 60 lehinə səslə etimadını itirib.

Patanq ötən ilin avqust ayında parlament onun sələfi Bismillah Məhəmmədi eyni səbəbdən vəzifəsindən azad edilməsinə səs verdikdən sonra ofisə seçilmişdi.

Prezident Həmid Karzayın Patanqın vəzifəsindən azad edilməsinə dair səsvermənin nəticələrini qəbul edib-etməyəcəyi məlum deyil.

Prezident Karzay beynəlxalq qoşunlar ölkədən çıxmazdan əvvəl hökumətini möhkəmləndirməyə çalışır. Beynəlxalq qüvvələr Əfqanıstanı gələn il tərk edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG