Accessibility links

Əfqanıstan və NATO rəsmilərinin bildirdiyinə görə, paytaxt Kabildə ABŞ vətəndaşı olan mülki məsləhətçisi əfqan qadın polis işçisi tərəfindən qətlə yetirilib.

Polis işçisi qadının ABŞ məsləhətçisini bu gün paytaxtın güclü mühafizə olunan baş polis idarəsində öldürüldüyü deyilir. Hadisədən sonra qadının Əfqanıstan hərbi qüvvələri tərəfindən həbs edildiyi bildirilir.

Medianın yayımladığı məlumatda deyilir ki, Nərgiz adlı polis işçisi ölkənin Daxili İşlər Nazirliyinin Hüquqi və Gender Bərabərliyi şöbəsində işləyir.

Birinci dəfə deyil ki, əfqan hökumət nümayəndəsi silahı amerikalı tərəfdaşına yönəldib. Amma hücumun qadın tərəfindən həyata keçirilməsi ilk belə insidentdir.
XS
SM
MD
LG