Accessibility links

Əfqanıstanda seçki rəsmiləri ölkənin növbəti prezident seçkiləri gününü müəyyən ediblər. Mətbuat konfransında Əfqan Müstəqil Seçki Komissiyasının sədri Fazil Əhməd Manavi seçkiləri 2014-cü ilin 5 aprel tarixinə təyin edib. Səslərin sayılması 19 aprelədək davam edəcək.

Cənab Manavi seçkilərin ikinci turunda ən çox səs toplamış iki namizədin üzləşəciyini deyib.

Prezident Həmid Karzay artıq ikinci müddətdir ki, prezidentdir və bu səbəbdən ölkənin konstitusiyasına əsasən yeni seçkilərdə iştirak edə bilməz. Qarşıdan gələn seçkilər Əfqanıstanda gənc demokratiya üçün bir sınaq olacaq.

Əfqanıstanda 2009-cu il prezident seçkiləri saxtakarlıq iddiaları ilə müşayiət olunub.
XS
SM
MD
LG