Accessibility links

Kapitan Herrinin hərbi xidməti dörd ay davam edəcək

Britaniya şahzadəsi Herri Əfqanıstanda Apaçi (Apache) vertolyotunun pilotu kimi dörd aylıq hərbi xidmətə başlayır.

Kraliça Yelizaveta İkincinin nəvəsi olan şahzadə Herri Britaniya taxtına sahib olmaq üçün atası və böyük qardaşından sonra sırada üçüncüdür. Şahzadə Herri eyni zamanda Britaniya Hərbi Hava Qüvvələri korpusunun kapitanıdır.

Şahzadə Herri 2007-ci ilin sonunda və 2008-ci ilində əvvəlində Əfqanıstanda 10 həftə müddətində hərbi xidmətdə olub. Lakin onun Əfqanıstanda yerləşdirilməsi haqda məlumat ictimaiyyətə məlum olduqdan sonra şahzadənin hərbi xidməti dayandırılmışdır.

Hərbi qüvvələrdə kapitan Herri Ueyls (Harry Wales) kimi tanınan Britaniya şahzadəsi ordunun 3-cü hərbi hava qüvvələri korpusunun 662-ci saylı eskadronunda xidmət edəcək.

Show comments

XS
SM
MD
LG