Accessibility links

Əfqanıstan höküməti prezident Barak Obamanın çıxışını alqışlayıb


Əfqanıstan höküməti prezident Barak Obamanın Birləşmış Ştatların gələn il ölkədən 34,000 əsgərini çıxaracağı barədə açıqlamasını alqışlayıb.

Cənab Obama xalqa müraciətində Əfqanistanda xidmət göstərən ABŞ hərbi qüvvələrnin təqribən 34,000 bir il ərzində ölkəyə dönəcəyinə söz verib.

Əfqanistan prezidenti Həmid Karzainin idarəsi bildirib ki, cənab Obamanın açıqlamaları Əfqanistanın uzun illərdir istəklərini əks etdirir. Bununla yanaşı, Əfqanıstanın kəndlərindən xarici qüvvələrin çıxarılması ölkədə sülh və təhlükəsizliyin təmin edilməsi işinə kömək edəcək.

Keçən ay cənab Obama və cənab Karzai təhlükəsizliyə görə məsuliyyətlərin planlaşdırıldığı kimi bu il yaz və ya ən gec yay aylarında ABŞ qüvvələrindən əfqan təhlükəsizlik qüvvələrinə verilməsinə dair razılıq əldə ediblər.

Əfqanıstanın müdafiə nazirliyinin nümayəndəsi Məhəmməd Zahir Əzimi jurnalistlərə deyib ki, əfqan qüvvələri ABŞ və NATO qüvvələrinin yerini doldurmağa hazırdır. Təhlükəsizliyə görə nəzarətinin NATO qüvvələrindən əfqan qüvvələrinə tam təhvil verilməsi isə 2014-cü ilə planlaşdırılıb.

Taliban nümayəndəsi Zabihullah Mücahidin xarici qüvvələrin dərhal Əfqanistandan çıxarılmasının məqbul olduğunu deyib.

Qüvvələrin çıxarılmasını tənqid edənlər NATO qüvvələrinin ölkədən getməsi ilə ölkədə stabilliyin pozulmasindan narahatlıqlarını ifadə ediblər.

On il davam edən müharibənın qızğın vaxtı ABŞ-ın Əfqanistanda təxminən 100 mindən ibarət əsgəri qüvvəsi olub.
XS
SM
MD
LG