Accessibility links

Əfqanıstan hökuməti üsyançılarla sülhə dair planı nəzərdən keçirir


Əfqanıstan hökuməti üsyançılarla sülhə dair planı nəzərdən keçirir

Əfqanıstan hökuməti üsyançılarla sülhə dair planı nəzərdən keçirir

Sülh təklifləri üsyançıların radikal istiqamətdən uzaqlaşdırılması və zorakılıqları qıınayan militantlar üçün yeni iş yerlərinin yaradılmasınıı nəzərdə tutur

Əfqanıstan hökuməti Taliban liderlərinin döyüşləri dayandırmağa razı olduqları halda, xarici ölkəyə mühacirət etməsinə imkan verəcək sülhə dair təklifi nəzərdən keçirir.

Britaniyanın Röyters və Qardian xəbər agentliklərinin müxbirlərinin tanış olduğu planda bununla yanaşı, üsyançıların radikal istiqamətdən uzaqlaşdırılması və zorakılıqları qıınayan militantlar üçün yeni iş yerlərinin yaradılması nəzərdə tutulur.

Təkliflərə dair plan əfqanların ağsaqallar şurası olan cirgənin üsyançılarla sülh yaratmaq səylərini müzakirə etmək üçün mayın 29-u Kabildə görüşündən öncə açıqlanır.

Məsələ Əfqanıstan prezidenti Həmid Karzai və ABŞ prezidenti Barak Obama arasında bu həftə keçiriləcək görüşün diqqət mərkəzində olacaq.

XS
SM
MD
LG