Accessibility links

Əfqanıstanın şimalında rəsmilər intiharçı hücumunun təxminən 40 nəfəri öldürdüyünü və onlarla insanı yaraladığını deyib.

Rəsmilər hücumun bu gün Qurban bayramının birinci günü Fəryab vilayətinin paytaxt Maymana məscidində həyata keçirildiyini deyib. Ölənlər arasında Əfqanıstanın təhlükəsizlik qüvvələrinin üzvləri də var.

Partlayış prezident Həmid Karzayın Kabildə Qurban bayramına dair çıxışı ilə eyni vaxta təsadüf edib.

Hücumun məsuliyyətini üzərinə götürən olmayıb. Lakin intiharçı hücumları Qərbin dəstəklədiyi prezident Karzayın hakimiyyətdən getməsini istəyən Taliban qrupunun əsas silahıdır.
XS
SM
MD
LG