Accessibility links

Əfqanıstanda tiryək hasilatı vüsət alıb [Video]


Əfqansıtanda tiryək sənayesi "çiçəklənir"
please wait

No media source currently available

0:00 0:02:09 0:00

Əfqanıstanda tiryək sənayesi çiçəklənir

Əfqanıstanda fermerlər bol məhsul mövsümü ilə üzləşirlər. Amma BMT və dünya rəsmiləri bayram etməyə tələsmir. Belə ki, söhbət tiryək məhsulundan gedir.

Helmənd vilayətində günəşli bir gündə fermerlər tiryək məhsulunu yığmaqla məşğuldurlar. Üçüncü ildir tarlalarda xaş-xaş boldur. Fermer Faiz Məhəmməd bundan xəcalət çəkmir. “Biz bu bölgədə ən yoxsul insanlarıq. Əgər biz xaş-xaş becərməsək ailəmizi dolandıra bilmərik. Biz qarğıdalı və taxıl da əkirdik, lakin bu məhsullar çox ucuz satılır, həmin gəlirlə dolanmaq olmur. Xaş-xaş isə yaxşı gəlir gətirir.”

Tiryəkin bəxş etdiyi var-dövlət ölkənin bərbad iqtisadiyyatı ilə təzad təşkil edir.
Fermer Hacı Abdulla tiryək yetişdirilməsinin Taliban təzyiqləri səbəbindən deyil, mənfəətli olduğuna görə çiçəkləndiyini deyir. “Taliban bizə təzyiq göstərmir. Fermerlərin özləri xaş-xaşın taxıldan qat-qat çox gəlir gətirdiyini bilir. Məsələn, biz 100 kq qarğıdalını 1 dollar 89 sentə satırıqsa, xaş-xaşı 37 dollar 80 sentdən 94 dollar 57 sent arasında satırıq, bu isə əfqan puluna çevirəndə 2000-dən 5000 arasında əfqaniyə bərabərdir. Böyük fərq var, bu da fermerlərin xeyrinədir.”

BMT-nin Narkotik Maddələr və Cinayət şöbəsi isə dünyada tiryək təchizatının 90 faizinin Əfqanıstanda istehsal edildiyi barədə xəbərdarlıq edir. BMT-dən Jan Luk-Lumehyu bunun yaxşı hal olmadığını deyir. “Biz son onilliklərdə narkotik maddə alverinin xeyli artdığını müşahidə etmişik. Mən deyərdim ki, tiryək hasilatının artması bizim öz işimizdə iflasa uğradığımızı göstərib."

Lumehyu fermerlərin yalnız tiryək yetişdirdiyini deyil, həm də onların özlərinin istifadə etdiyini deyir. “Narkomaniya Əfqanıstanda ən böyük problemdir. Hal-hazırda ölkədə bir milyon istifadəçi var və bu da sağlamlığa böyük təhlükədir. Bunun cavabını kim verəcək?”

Helmənd vilayətində xaş-xaş yetişdirən fermerləri isə bu sual maraqlandırmır, onlar ailələrini dolandırmaq üçün başqa yollarının olmadığını deyirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG