Accessibility links

Əfqanıstanda BMT-nin Yardım Missiyasının həkimi qətlə yetirilib


Əfqanıstanın cənub bölgəsində motosiklet sürən silahlı BMT-nin Yardım Missiyasında çalışan həkimi qətlə yetirib. Qəndəharda Turpakay Olfatın qətlinə görə məsuliyyəti öz üzərinə götürən olmayıb. Olfat 12 ildir BMT-nin missiyasında işləyirdi.

BMT-nin Əfqanıstana Yardım Missiyasının sözçüsü Dominik Medli agentliyin işçisinə edilən sui-qəsdə görə huddətləndiyini bildirib.

Talibanın nəzarətində olan cənub bölgəsində son zamanlar üsyançıların hücumlarının artmasına görə BMT orada yerləşən bir neçə qərargahını Əfqanıstanın daha təhlükəsiz bölgələrinə köçürməli olub.

Həkimə hücum Birləşmiş Ştatların Kabildəki səfirliyinin BMT-nin baş qərargahı və paytaxtdakı digər ofislərinə oktyabrın 12-i mümkün hücumlar barədə xəbərdarlığından iki gün sonra edilib.

Taliban eləcə də Amerikanın təbliğat vasitəsi olduğunu deyərək, Əfqanıstanın özəl televiziya kanalı "Tolo"nun və 1TV-nin üsyançıların hədəf alacağı siyahıda olduğunu bildirib.

XS
SM
MD
LG