Accessibility links

Şimali Əfqanıstanda yolkənarı bomba partlayışı toya gedən mini-avtobusu partladaraq təxminən 19 nəfəri öldürüb. Rəsmilər hadisə zamanı təxminən 18 nəfərin yaralandığını deyib.

Polis sərnişinlərin əksəriyyətinin qadın və uşaq olduğunu deyib. Partlayışın qurbanları Balkın paytaxtı Məzar e-Şərifdə xəstəxanaya çatdırılıb.

BMT-nin Əfqanıstana yardım missiyasının nümayəndələri hökumət-əleyhinə elemetlərin bu ilin birinci yarısında mülkü vətəndaşların təlafatının 80 faizinə məsuliyyət daşıdığını deyib.

Təlafatların əksəriyyəti əldəqayırma partlayıcı qurğu vasitsəsilə törədilib. BMT yanvar-iyun ayları arasında Əfqanıstanda 1145 mülki vətəndaşın öldürüldüyünü deyib.
XS
SM
MD
LG