Accessibility links

Əfqanıstanda daha bir təbii fəlakət



Əfqanıstanda ağır yağışların səbəb olduğu torpaq sürüşməsi nəticəsində yüzlərlə insan itkin düşüb.

Fəlakətlərin Menecmenti Təşkilatının rəhbəri Daim Kakarın bildirdiyinə görə, Bədəxşan vilayətində xilasetmə əməliyyatları aparılır. 300-dən artıq ev palçıq altında qalıb. 350 adam ölüb.

2 min əhalisi olan Əbi-Barik kəndində 700 adamın həlak olduğu təxmin edilir.

Vertolyotlar və xilas dəstələri insanların axtarışını aparır.

Yüzlərlə insan evakuasiya edilib.

Ötən həftə daşqınlar səbəbi ilə Əfqanıstanın Cazyan, Fəryab, Sari-Pul və Bədgiş vilayətlərində 95 adam həyatını itirmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG