Accessibility links

Taliban intiharçısı bomba yerləşdirilmiş avtomobillə paytaxt Kabildəki Türkiyə səfirliyinin konvoyuna hücum edib və nəticədə azı 2 nəfər ölüb.

Kabil polis idarəsinin mətbuat katibi Amerikanın Səsinə Əfqanıstan prezidentinin iqamətgahı yaxınlığında yerləşən Türkiyə səfirliyinə hücum zamanı ölənlər arasında bir türk vətəndaşının də olduğunu deyib.

Əfqanıstan daxili işlər nazirinin müavini Əyub Salangi isə müxbirlərə deyib ki, hədəf Türkiyə səfirliyinin avtomobili olub.

Türkiyə hərbi qüvvələrinin dediyinə görə, hücum Türkiyə səfirliyinin təhlükəsizliyini qoruyan İsmayıl Aramazın başçılıq etdiyi komandanın olduğu maşına qarşı nəzərdə tutulub.

Taliban hücumun məsuliyyətini tez bir zamanda öz üzərinə götürsə də, bildirib ki, hədəf Birləşmiş Ştatlar ordusu olub.

XS
SM
MD
LG