Accessibility links

Əfqanıstanda girov götürülmüş 8 türk vətəndaşından dördü azad edilib



Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan keçən ay Əfqanıstanda Taliban tərəfindən girov götürülmüş səkkiz türk vətəndaşından dördünün azad edildiyini bildirib.

Baş nazir onların Türkiyə kəşfiyyat orqanlarının səyləri nəticəsində azad edildiyini və girov qalmağa davam edən digər dörd nəfərin də azadlığa buraxılması üzərində iş aparıldığını deyib.

Cənab Ərdoğan bu açıqlamaları İstanbulda Analar günü münasibətilə Ədalət və İnkişaf partiyasının qadın fəalları qarşısında çıxışı zamanı verib. O, türk vətəndaşlarının azad edilməsi ilə bağlı detalları açıqlamayıb.

Dövlət Anadolu xəbər agentliyi azad edilmiş dörd türk vətəndaşının Kabildəki Türkiyə səfirliyinə aparıldığı haqda məlumat verib.

Rusiyanın Mİ-8 yük vertolyotunun sərnişinləri olan səkkiz türk mühəndis və inşaat içşisi, onların əfqan tərcüməçisi, habelə bir rus və bir qırğız pilot Əfqanıstanın ucqar Loqar vilayətində pis hava şəraitinə görə enməyə məcbur olduğu zaman girov götürülmüşdü. Ərazi Taliban qüvvələrinin nəzarət altındadır.
XS
SM
MD
LG