Accessibility links

Kabildə yüzlərlə nümayişçi Amerika kilsəsinin Quran nüsxələrini yandırmaq qərarına etiraz edib


ABŞ-ın Kabildəki səfirliyinin açıqladığı bəyanatda bildirilir ki, Birləşmiş Ştatlar hökuməti islam dininə qarşı belə bir hörmətsizliklə heç cür barışa bilməz və dini və etnik qrupların üzvlərinin təhqir edilməsinə yönəlmiş addımlardan narahatdır

Bu gün Əfqanıstan paytaxtında yüzlərlə insan küçələrə çıxaraq, ABŞ-da kilsələrin birinin sentyabrın 11-də Quranın nüsxələrini yandırmaq planına etiraz edib. Florida ştatının Qeynesvil şəhərinin kilsəsi ABŞ-a qarşı terror hücumlarının doqquzuncu ildönümünü Quranın bütün nüsxələrini yandırmaqla qeyd edəcəyini bildirib.Kabildə məscidin qarşısında keçirilən nümayişdə etirazçılar “Amerikaya ölüm” şüarları səsləndiriblər. ABŞ-ın Kabildəki səfirliyi açıqladığı bəyanatda bildirib ki, Birləşmiş Ştatlar hökuməti islam dininə qarşı belə bir hörmətsizliklə heç cür barışa bilməz və dini və etnik qrupların üzvlərinin təhqir edilməsinə yönəlmiş addımlardan narahatdır.

XS
SM
MD
LG