Accessibility links

Əfqanıstanda Əl-Qaidənin yüksək rütbəli komandiri qətlə yetirilib


Əfqanıstanda Əl-Qaidənin yüksək rütbəli komandiri qətlə yetirilib
Əfqanıstanda Əl-Qaidənin yüksək rütbəli komandiri qətlə yetirilib

NATO bildirir ki, şənbə günü Əfqanıstanın şərqində həyata keçirilən hərbi hava hücumları zamanı Pakistanla sərhəddə hücumları planlaşdıran Əl-Qaidənin yüksək rütbəli komandiri qətlə yetirilib. Yaraqlıların komandirləri ilə görüş keçirən Abdulla Ömər Əl-Qüreyşi Kunar vilayətinin Korengal vadisində hərbi birləşməni hədəf alan hava hücum zamanı öldürülüb. NATO bildirir ki, hücumda həmçinin partlayışlar üzrə bir ekspert və bir neçə ərəb yaraqlısı öldürülüb. Koalisiyanın bildirdiyinə görə, Qüreyşi xarici yaraqlıların regiona səfər etməsi və hücumların həyata keçirilməsinə nəzarət edirdi. Əl-Qaidə komandirinin ölümü müstəqil mənbələr tərəfindən hələlik təsdiq edilməyib.

XS
SM
MD
LG