Accessibility links

ABŞ Əfqanıstana əlavə 1400 dəniz piyadası göndərir


ABŞ Əfqanıstana əlavə 1400 dəniz piyadası göndərir
ABŞ Əfqanıstana əlavə 1400 dəniz piyadası göndərir

Birləşmiş Ştatlar Talibanı istinadgahlardan çıxarmaq üçün aparılmış əməliyyatlarda əldə edilən uğurların möhkəmləndirilməsi məqsədilə Əfqanıstana əlavə 1400 dəniz piyadası göndərməyi planlaşdırır. Pentaqon rəsmiləri bildiriblər ki, dəniz piyadalarının bir neçə həftədən sonra yazda mümkün şiddətli döyüşlərin başlamasından öncə göndərilməsi planlaşdırılır. Wall Street Journal qəzeti ABŞ-ın adının açıqlanmadığı rəsmisinə istinadən xəbər verir ki, əsgərlər Əfqanıstanın cənubunda son aylar Talibana qarşı şiddətli döyüşlərin getdiyi ərazilərdə yerləşdiriləcək. 2009-cu ilin dekabr ayında prezident Barak Obama Əfqanıstanda hərbi qüvvələrinin sayının 30 000 nəfər artırılacağını bildirmişdi. Dəniz piyadalarından ibarət qüvvə buna əlavə olaraq göndərilir.

XS
SM
MD
LG