Accessibility links

Əfqanıstanı qarşıda nə gözləyir? [Video]


Əfqanıstandakı müharibədən 10 ildən çox vaxt keçir və qarşıdan ölkə üçün daha bir ağır il gəlir, 2014-cü il. Bu il beynəlxalq qüvvələr ölkəni tamamilə təkr etməlidir və Əfqanıstan ağır iqtisadi durum, beynəlxalq pul yardımının azalması və ölkədə davam edən zorakılıqlarla üz-üzə qalacaq. 2014-cü uldə Əfqanıstanda prezident seçkiləri də keçiriləcək.

2014-cü il aprel ayında keçiriləcək prezident seçkiləri ABŞ-ın Talibanı devirməsindən bəri ilk dəfə olaraq Əfqanıstana Həmid Karzaysız hökumət gətirəcək. Son illər Karzay stabil liderdən həm xarici, həm də daxili tərəfdaşlarını qəzəbləndirən bir şəxsə çevrilib. Lakin siyasi manevrlərə baxmayaraq, cənab Karzay Əfqanıstanda davamlılığın simvolu olaraq qalır.

Kabil kimi şəhərdə böyüyüən gənclik daha yaxşı gələcəyə ümidlə yaşayır.
Lakin təhlilçi Keti Klark deyir ki, ölkədəki güclü rəqabət və qanunun zəifliyi qarşıdan gələn seçkilərin azad və ədalətli keçiriləcəyinə ümidi azaldır. “Populyar dəstəyə malik olan adamın olması ideal olardı. Zənnimcə bu çətindir. O qədər fırıldaq var ki, hamını razı salmaq mümkün olmayacaq. Sual ondadır ki, işlər nə dərəcədə korlanacaq.”

Burada daha bir məsələ var, Birləşmiş Ştatların Əfqanıstanda qalan ordusunun vəziyyəti necə olacaq? Dekabrın əvvəli cənab Karzay ABŞ ordusunun Əfqan hərbi qüvvələrinə təlimlər keçəcək və yardım edəcəyi barədə razılığa imza atmaqdan imtina etdi. Cənab Karzay təhlükəsizlik razılığına imza atılmasını istəyən qəbilə liderlərinə qarşı çıxaraq, imzanın seçkilərdən sonra atılmalı olduğunu və ölkədə artıq stabilliyin hökm sürdüyünü deyib.

Bu arada, Taliban döyüşçüləri ilə də təhlükəsizlik barədə danışıqlar uzanır və belə görünür yaxın vaxtlarda bu baş tutmayacaq. Talibanın keçmiş üzvü, hazırda isə Əfqanıstan Ali Sülh Şurasının üzvü Əbdül Hakim Mücahid yaraqlılarla razılıq olmadan ölkənin xeyli geriyə düşəcəyini deyir. “Əgər biz siyasi razılığa gəlmədən seçkilərə getsək və siyasi barışığa nail olmayacaq prezident hakimiyyətə gəlsə, onda beş ili itirmiş olacağıq.”

Əfqanıstanın təhlükəsizlik qüvvələri ölkə boyu nəzarəti ələ almağa çalışsa da zorakılıqlar getdikcə artır. Pentaqonun 2013-cü ilin iyul ayında açıqladığı hesabatda deyilir ki, mart ayından, adətən Talibanın fəaliyyətini artırdığı vaxtdan bəri hər ay 300-qədər ölüm hadisəsi olur.

Sabiq nazir Həmidulla Fəruqi milli ordunun 2014-cü ildən sonra da yardıma ehtiyacı olacağını deyir. “Biz Əfqanıstanın təhlükəsizlik qüvvələrinin ölkəni qoruyacağına əmin deyilik. Yaxud, xaricdən yardım olmadan biz iqtisadiyyatımızın və milli resurslarımızın ölkəmizin ehtiyaclarını ödəyib-ödəməyəcəyini bilmirik.”

Təhlilçinin sözlərinə görə, beynəlxalq ictimaiyyətin cənab Karzayla bağlı səbri tükənib. Əgər Vaşinqton doğrudan da Əfqanıstanda olan bütün qoşunlarını çıxarsa və vəd etdiyi 8 milyard dollar yardımı verməsə ölkənin vəziyyəti həqiqətən acınacaqlı ola bilər.
XS
SM
MD
LG