Accessibility links

Federal Təhqiqat Bürosu dörd nəfərə qarşı terror ittihamı irəli sürdü


Birləşmiş Ştatlar rəsmilərinin bildirdiyinə görə, Əl-Qaidə və Talibanla əlaqəsi olan
dörd nəfərə qarşı xaricdə Amerika vətəndaşlarını qətlə yetirmək ittihamı irəli sürülüb.

Federal Təhqiqat Bürosu qrupun bazar ertəsi gecə hərbi bazalara və hökumət idarələrinə qarşı bomba hücumları planlaşdırdığını bildirib. Agentliyin bildirdiyinə görə, Birləşmiş Ştatlar vətəndaşı, əfqan mənşəli Sohiel Ömər Kəbir adlı şəxs 2010-cu ildə iki nəfəri Yəməndə pilotsuz təyyarə hücumu zamanı öldürülən islamçı ruhani Ənvər Əl-Əvlaki ilə tanış etmiş, az sonra isə qrupa dördüncü şəxs də cəlb edilmişdir.

Agentlik Kəbirin terrorçularla görüşlər təşkil etmək üçün Əfqanıstana getdiyini və orada həbs edilərək saxlandığını, Meksikada və Filippində doğulmuş, lakin ABŞ vətəndaşları olan digər üç nəfərin isə Birləşmiş Ştatlarda həbs edildiyini bildirib.
XS
SM
MD
LG