Accessibility links

Əfqanıstan prezidenti ABŞ və NATO qüvvələrinin komandanı general Petreasla görüşüb

  • Amerikanın səsi

Əfqanıstan prezidenti ABŞ və NATO qüvvələrinin komandanı general Petreasla görüşüb

Əfqanıstan prezidenti ABŞ və NATO qüvvələrinin komandanı general Petreasla görüşüb

Əfqanıstan prezidenti Həmid Karzai ABŞ-ın başçılıq etdiyi NATO qüvvələrinin komandanı general Petreasla görüşüb. General Petreas cənab Karzain təhlükəsizlik məsələləri üzrə müşaviriləri ilə keçirdiyi iclasda iştirak edib. Əfqanıstan prezidenti generala deyib ki, xarici qüvvələrin səbəb olduğu insan tələfatı bundan sonra qəbuledilməzdir. General Petreas Kunar vilayətində keçən həftə NATO qüvvələrinin hava hücumu zamanı doqquz uşağın həlak olmasına görə bir daha üzrxahlıq edib. Lakin cənab Karzai bunun kifayət olmadığını deyərək, bildirib ki, mülki vətəndaşların koalisiya qüvvələrinin əməliyyatları nəticəsində həlak olması ABŞ və Əfqanıstan arasında münasibətlərdə gərginliyin əsas səbəbidir.

XS
SM
MD
LG