Accessibility links

Əfqanıstanın daxili işlər naziri sui-qəsd cəhdinin hədəfi olub

  • Amerikanın səsi

Əfqanıstanın daxili işlər naziri sui-qəsd cəhdinin hədəfi olub

Əfqanıstanın daxili işlər naziri sui-qəsd cəhdinin hədəfi olub

Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, Daxili işlər naziri Bismullah Xan bu gün sui-qəsd cəhdinin hədəfi olub. Paytaxt Kabildən şimalda yerləşən Pərvan vilayətinin qubernatorunun sözçüsü bildirib ki, nazirin cangüdənləri maşın karvanına yaxınlaşan intiharçını güllə ilə vurublar. Nazirin özü hücuma cəhd zamanı orada olmayıb. Əfqanıstanda bu il bir neçə yüksək səviyyəli rəsmi sui-qəsd qurbanı olub. İyul ayında prezident Karzainin ögey qardaşı Əhməd Vali Karzai Qəndəhardakı evində cangüdəni tərəfindən öldürülmüşdü. Əfqanıstan prezidenti özü 2002-ci ildə ölkə başçısı olduqdan sonra üç dəfə sui-qəsd cəhdinin hədəfi olmuşdur.

XS
SM
MD
LG