Accessibility links

Əfqanıstanda bu gün intiharçı hücumu baş verib


Əfqanıstanda bu gün intiharçı hücumu baş verib
Əfqanıstanda bu gün intiharçı hücumu baş verib

Yaralananların arasında 16 mülki vətəndaş da var

Polisin bildirdiyinə görə Əfqanıstanın cənubunda intiharçı hücumu nəticəsində bir əfqan kəşfiyyat zabiti öldürülüb və 24 nəfər yaralanıb.

Rəsmilər bu gün iki nəfər intiharçının partlayıcı maddə ilə dolu avtomobillərinin Qəndəhar vilayətinin Spin Boldak şəhərində partladığını bildiriblər.

Əfqan kəşfiyyat xidmətinin sözcüsü deyib ki, kəşfiyyat zabitləri şübhəli avtomobili partlayış baş verməmişdən əvvəl dayandırıblar.

Yaralananların arasında 16 mülki vətəndaş da var.

Əfqan prezidenti Həmid Karzay və NATO hücumu pisləyiblər.

Bu gün Xost şəhərində dini mədrəsədə baş verən partlayışda məktəbin bir işçisi həlak olub.

XS
SM
MD
LG