Accessibility links

Karzay ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin şərq bölgələrindən çıxmasını tələb edir



Əfqanıstan prezidenti Həmid Karzay ABŞ-ın xüsusi təyinatlı qüvvələrinin ölkənin şərq bölgələrindən çıxarılmasına dair əmr verib. Buna səbəb ABŞ qüvvələri, ya da onların əfqan müttəfiqlərinin vətəndaşların hüquqlarını pozmasına dair iddialar olub.

Bazar günü cənab Karzayın idarəsinin açıqladığı bəyanatda hökumətin apardığı təhqiqat nəticəsində Vardak vilayətində ABŞ xüsusi təyinatlı qüvvələrilə ilə əlaqəsi olan silahlı şəxslərin günahsız insanlarla pis rəftar etdiyi, onlara işəgəncə verdiyi və hətta öldürdüyünü aşkar etdiyi bildirilir. Burada Əfqanıstanın Müdafiə nazirliyinin ABŞ qüvvələrinin iki həftə ərzində vilayətdən çıxması üçün lazımi addımlar atdığı deyilir.

Bu, Əfqanıstan prezidentinin on ildən artıqdır Taliban döyüşçülərinə qarşı mübarizədə rəsmi Kabilin əsas müttəfiqi olan Birləşmiş Ştatların ölkədə silahlı qüvvələri ilə əlaqədar çıxardığı ilk belə qərardır.

ABŞ-ın Əfqanıstanda qüvvələrinin sözçüsü Les Karrol Amerikanın Səsinə bildirib ki, Birləşmiş Ştatların silahlı qüvvələri bu iddiaları ciddi qəbul edir və faktları araşdırır. Onun sözlərinə görə, ABŞ hərbiçiləri hüquqi pozuntularını əfqan həmkarları ilə müzakirə etməyi planlaşdırır.
XS
SM
MD
LG