Accessibility links

Əfqanıstanda hökumət binalarına hücum olub


Əfqanıstan rəsmiləri deyib ki, Talibanın ölkənin şərqində hökumət binalarına hücumları azı 12 nəfərin ölümünə, 80 nəfərin yaralanmasına səbəb olub.

Polis yaraqlıların Qəzni vilayətində Əfqanıstanın kəşfiyyat agentliyinin ofisinin həyətində bomba ilə yüklənmiş iki böyük maşını partlatdığını bildirir. Partlayış nəticəsində şüşələr sınıb. Ölənlər arasında səkkiz polis zabitinin də olduğu deyilir.

Partlayışdan sonra əfqan təhlükəsizlik qüvvələri ilə yaraqlılar arasında atışma olub. Nəticədə 19 yaraqlı öldürülüb.

Taliban hücumun məsuliyyətini üzərinə götürüb.

Hücum mübahisəli seçki nəticələri də daxil olmaqla, siyasi böhran yaşanan Əfqanıstanda sabitsizliyin artmasına işarədir.

XS
SM
MD
LG