Accessibility links

Kabildə Pakistan əleyhinə nümayiş keçirilib

  • Amerikanın səsi

Kabildə Pakistan əleyhinə nümayiş keçirilib

Kabildə Pakistan əleyhinə nümayiş keçirilib

Pakistanla Əfqanıstan arasındakı əlaqələrdə gərginlik davam edir. İki tərəf də digərini öz ərazilərində yerləşən dəsdələrin digər dövlətin ərazisi daxilindəki hücumlarını dayandırmaq üçün kifayət qədər iş görməmək də ittiham edir.

Bu gün Kabildə yüzlərlə adamın iştirakı ilə Pakistan əleyhinə nümayiş keçirilib. Onlar Pakistanın raket hücumları nəticəsində 36 adamın həlak olduğunu irəli sürürlər. Nümayişçilər aksiya zamanı Pakistan əleyhinə plakatlar qaldırmış “Pakistana ölüm” şüarları ilə yürüş keçirmişlər.

Həmin roket hücumlarına son qoyulması üçün bazarertəsi günü Əfqanıstanın prezidenti Həmid Karzai Pakistanın hərbi qüvvələrinin komandiri General Əşfaq Kəyani ilə görüşüb.

Pakistanın hərbi sözçüsü general mayor Athar Abbas bazarertəsi günü vedrdiyi açıqlamada demişdi ki, Pakistan ordusu Əfqanistan ərazisinə ateş açmaq niyyətində olmayıb ancaq təhlükəsizlik qüvvələrinin silahlı dəstələrə qarşı əməliyyatları zamanı təsadüf nəticəsində sərhəddin Əfqanıstan tərəfinə mərmilər düşmüş ola bilər. Bildirildiyinə görə general Kəyani Əfqanıstan prezidentinə məsələnin araşdırılacağını söyləyib.

Pakistanın hərbi sözçüsü isə deyib ki, bir ay ərzində Əfqanıstanda yerləşən silahlı dəsdələr beş dəfə Pakistan tərəfdə hücumlar həyata keçiriblər və bunun nəticəsində 50 adam həlak olub 80 adam isə yaralanıb. O hücumların Pakistanın şimal qərbində tayfaların yaşadığı bölgədə həyata keçirildiyini bildirib.

XS
SM
MD
LG