Accessibility links

Pakistandakı əfqan qaçqınlar təqiblərə məruz qalır [Video]


Pakistandakı əfqan qaçqınlar təqiblərlə üzləşir
please wait

No media source currently available

0:00 0:02:58 0:00

Dekabr ayında Pişəvər məktəbinə hücumdan sonra Əfqanıstan Pakistandakı əfqan qaçqınlara görə narahatlıqlarını bildirib.

İslamabaddakı meyvə bazarı sənədi olan və olmayan əfqanlar üçün alver mərkəzidir. Burada alver edənlərin və onlara yadım edənlərin çoxu artıq on illərdir bu işlə məşğul olur. Onlar əsasən rüşvət alan polis tərəfindən təqib olunur. Dekabr ayında Pişəvər məktəbinə hücum zamanı 150 nəfərin öldürülməsindən sonra təqiblər daha da artıb.

Əgqanıstanlı meyvə alverçisi Zəfər Xan belə bir hadisənin şahidi olub. O, polisin bir maşını saxlayaraq, içəridəki iki kişi və bir qadının maşından düşməsini əmr etdiyini deyir. “Onların qaçqın kartları var idi. Polis həmin kartları və 500, ya da 1000 rupilərini (5-10 dollar) onların əlindən aldı.”

Buradakı insanların dediyinə görə, bəzən polis sənədinin olub-olmamasından asılı olmayaraq, 100-200 əfqan qaçqını həbs edir.

Hazırda Pakistanda 3 milyona qədər əfqan qaçqın var və onların demək olar yarısının sənədi yoxdur. Hökumət 2015-ci ilin sonunadək onların çoxunu geri göndərmək istəyir. Pakistanın Xarici İşlər Nazirliyinin sözçüsü Tasnim Aslam bu insanların geri qayıda bilməsi üçün Əfqanıstan hökumətindən onları iş və evlə təmin etməsinin istənildiyini deyir. “Biz bu sahədə Əfqanıstan hökuməti ilə yaxından əməkdaşlıq edirik. Bizim aramızda bu məsələ ilə bağlı narazılıq yoxdur.”

Lakin Əfqanıstanın öz problemləri var və qaçqınlar da bundan xəbərdardır. “Onlar evləri söküb, bağları kəsiblər. Bütün bunları bərpa etmək üçün vaxt lazımdır.” deyə, Əsədulla adlı əfqan fəhlə bildirir.

Əsədulla Pakistana gələndə dörd yaşı var idi. Hazırda onun özünün 10 uşağı var. O deyir ki, buradan getməyəcək və o tək deyil.

BMT-nin məlumatında əfqan qaçqınların yanvar ayının ortalarında rəsmi etirazlarından sonra onların sənədləşdirilməsi işi qaydasına düşüb. Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında isə bildirilir ki, artıq 45 minə qədər qaçqın geri, vətəni Əfqanıstana qayıdıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG