Accessibility links

Əfqanıstanda qadınları zorlayanlara ölüm hökmü çıxarılıb


Əfqanıstanda hakim qrup şəklində 4 qadını zorlayan və ölkə boyu narazılıqlara yol açan 4 nəfər barəsində ölüm hökmü çıxarıb.

Bu gün keçirilən qısa məhkəmə iclası televiziya ilə canlı yayımlanıb və zərərçəkənlərdən biri hadisəni törədən adamları təsdiq edərək deyib ki, polis uniforması geyinmiş və odlu silahlarla silahlanmış kişilər avqustun 23-ü Kabildən ailə dostlarının toy mərasimindən geri qayıdan maşından qadınları düşürdüb.

"Cinayətkarlardan biri silahı başıma dirədi, o birisi isə üzərimdəki bütün zinət əşyalarımı götürdü. Sonra isə başqa cinayətkarlar bizi zorlamağa başladı", deyə zərərçəkənlərdən biri bildirib.

Məhkəmə binası önündə toplaşan etirazçılar cinayətkarlara ölüm hökmü çıxarılmasını tələb edib. İclas zalında olanlar isə Kabil şəhər polis rəisi Zahir Zahirin "başqalarına dərs olsun" deyə hökmün icrasınnı ictimaiyyət önündə həyata keçirilməsini istəməsini alqışlayıb. Əfqanıstan prezidenti Həmid Karzay da qadınları zorlayanların edam edilməsinə çağırmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG