Accessibility links

Afinadakı məhkəmə binasının yaxınlığında bomba partlayışı baş verib

  • Nərminə Cəlalqızı

Afinadakı məhkəmə binasının yaxınlığında bomba partlayışı baş verib

Afinadakı məhkəmə binasının yaxınlığında bomba partlayışı baş verib

Bu gün Yunanıstanın paytaxtı Afinada məhkəmə binasının yaxınlığında baş verən bomba partlayışı nəticəsində binanın pəncərə şüşələrinin sındığı, lakin xəsarət alan olmadığı bildirilir. Rəsmilər partlayıcı qurğunun məhkəmə binası yaxınlığında motosikletə yerləşdirildiyini və partlayış zamanı yaxınlıqdakı 8 maşının sıradan çıxdığını deyirlər.

Televiziya ilə partlayışdan 40 dəqiqə əvvəl telefonla xəbərdarlıq edildiyi və həmin müddətdə ərazıdən insanların evakuasiya edilməsinə imkan verildiyi bildirilib.

Bundan bir neçə saat sonra isə Yunanıstanın Argentinadakı səfirliyində kiçik bir bomba partlayışının həyata keçirildiyi, lakin xəsarət alanların olmadığı xəbər verilib.

XS
SM
MD
LG