Accessibility links

5 yaşlı əfqan oğlan internet fenomeninə çevrilib [Video]


5 yaşlı əfqan oğlan dünyanın diqqət mərkəzindədir. Sosial mediada yayılan şəkildə onun əynində neylon torbadan tikilmiş futbol maykası və maykanın üzərində isə məşhur futbolçu Lionel Messinin adı yazılıb. Əfqan futbol federasiyasının rəsmiləri Messinin xeyriyyə təşkilatı ilə əlaqə quraraq argentinalı super ulduzla əfqan oğlan arasında görüş təşkil etməyə çalışırlar.

Murtaza Əhmədin geydiyi köynək neylon torbadan hazırlanıb və rəngli qələmlə üzərinə Lionel Messinin adı yazılıb.

Onun qardaşı Murtazanın şəkilini çəkərək Feysbukda paylaşıb. Şəkil tezliklə yayılaraq jurnalistlərin diqqətini Əfqanistanın ucqar kəndinə yönəldib.

Murtaza Əhməd: “Mən neylon torbadan düzəldilmiş Messinin köynəyini geydim. Mən onunla görüşmək istəyirəm. Mən onu çox sevirəm.”

Lionel Messi İspaniyanın Barselona komandasının oyunçusudur və Argentinanın milli komandasında oynayır. Keçən ay dünyanın ən yaxşı kişi oyunçusu seçilərək FİFA-nın Ballon d’Or mükafatına layiq görülüb.

Murtaza evlərinin yaxınlığında futbol oynayır və onların nə normal futbol meydançaları, nə köynəkləri, nə də idman ayaqqabları var. Onun atası deyir ki, o, Messi kimi məşhur futbolçu olmaq istəyir.

Məhəmməd Arif Əhməd: “Biz İspaniyaya getmək istəyirik. Beləliklə, Murtaza fanatı olduğu Messi ilə üz-üzə görüşəcək. O ,hətta yuxudan oyandığı zaman – mən Messini sevirəm deyir.”

Murtazanın arzuları reallaşa bilər. Onun məşhurlaşması Əfqan futbol federasiyasının rəsmilərini də hərəkətə keçirərək Messinin xeyriyyə təşkilatı ilə əlaqə qurmasına səbəb olub. Onlar futbolçu ilə görüş təşkil etməyə çalışırlar.

Rəsmi idman oyunlarına Taliban dönəmində çox nadir hallarda icazə verilirdi və Əfqanistanın paytaxtı Kabildə yerləşən stadiondan insanların edam olunması, daşqalaq edilməsi üçün istifadə olunurdu.

Talibanın zülümündən qurtulmasına baxmayaraq, Əfqanistanda zorakılıqlar hələ də davam edir.

XS
SM
MD
LG