Accessibility links

Sovet dövründə Əfqanıstanda həlak olanların ailələri prezident təqaüdü alacaq


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Prezident bu barədə fərman imzalayıb. Ailələrə hər ay 200 manat ayrılıb

Prezident İlham Əliyev Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşən və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün prezidentinin təqaüdü təsis edib.

Prezidentin imzaladığı fərmana görə, yuxarıda sadalanan hərbi qulluqçuların ailələri üçün ayda 200 manat məbləğində prezident təqaüdü veriləcək.

Pensiyar 2015-ci il yanvarın 1-dən veriləcək.

Əfqanıstanda vurulmuş Sovet hərbi təyyarələrinin qəbiristanlığı
Əfqanıstanda vurulmuş Sovet hərbi təyyarələrinin qəbiristanlığı

1979-cu ilin dekabrında keçmiş Sovet İttifaqı Əfqanıstana qoşun yeridib.

Kontingentin tərkibində 40-cı ordunun idarəetmə strukturu, qərargahı, təminat və xidmət hissələri; 4 diviziya, 5 əlahiddə briqada, 4 əlahiddə alay, 4 döyüş aviasiyası alayı, 3 vertolyot alayı, 1 boru kəməri briqadası, 1 maddi-texniki təminat briqadası var idi.

Əfqanıstanda vurulmuş Sovet hərbi təyinatlı maşınların qəbiristanlığı
Əfqanıstanda vurulmuş Sovet hərbi təyinatlı maşınların qəbiristanlığı

1979-cu ilin dekabrın 25-dən ta 1989-cu ilin fevralın 15-dək, yəni, sovet qoşunları Əfqanıstandan çıxarılanadək bu ölkədəki kontingentdə Sovetlər Birliyinin 620 min hərbi qulluqçusu xidmətdən keçib. Onların 525.200 nəfəri Sovet Ordusunun hissələri, habelə Dövlət Təhlükəsizlik Komitəsinin sərhəd və digər qoşunları, 5 min nəfər isə Daxili İşlər Nazirliyinin milis və Daxili Qoşunlar hissələrində xidmət ediblər.

Bundan başqa, həmin illərdə sovet qoşunlarında mülki heyət qismində 21 min nəfər çalışıb. Sovet ordusunun həmin illərdə Əfqanıstandakı qoşunlarının illik orta statistik sayı 80-104 min hərbi qulluqçu və 5-7 min mülki heyət olub.

Həlak olanlar, yaralar və xəstəliklərdən, qəzalar, bədbəxt hadisələrdən ölənlərin sayı 15.051 nəfər olub.

Sovet Ordusu 14.427, DTK hissələri - 576, DİN strukturları - 28, digər nazirliklər isə 20 nəfər itiriblər.

Əfqanıstandakı döyüşlərdə 417 hərbi qulluqçu əsir düşüb. Onlardan yalnız 130 nəfər azad edilib və vətənlərinə qayıdıb.

Qeyri-rəsmi məlumatlara görə Azərbaycandan Sovet-Əfqanıstan müharibəsində minlərlə insan döyüşüb, onların 200-dən çoxu həlak olub.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG