Accessibility links

Karzay əfqan qadının ictimaiyyət qarşısında edamını pisləyib


Beynəlxalq təşkilatlar Əfqanıstanda qadın hüquqlarından narahatdır


Əfqanıstan prezidenti Həmid Karzai Pərvan vilayətində Taliban tərəfindən gənc qadının ictimaiyyət qarşısında edam olunmasını pisləyib. O, qətli cinayət adlandıraraq, rəsmilərə günahkarların həbs edilməsi və məsuliyyətə cəlb olunması üçün əllərindən gələni etmək haqda göstəriş verib.

ABŞ və NATO qüvvələrinin başçısı general Con Allen Kabil yaxınlığındakı kənddə baş vermiş və videoya çəkilmiş qətli pisləyərək, bunu “inanılmaz vəhşilik aktı” adlandırıb.

Qadın iki Taliban üzvü ilə yaxın münasibətlərdə təqsirli bilinib. Qadının yaxın məsafədən vurulmasından sonra video görüntüdə kişinin kəndlilər tərəfindən alqışlandığı eşidilir. Bəzi kəndlilər Talibana işarə edərək “yaşasın Əfqan mücahidləri” deyə şüarlar bağırıb.

General Allen, Talibanın günahsız sivil insanlara, xüsusilə qadınlara qarşı “davam edən qəddarlığını” “kəskin şəkildə pislənməli” olduğunu deyib.

Əfqan hökuməti edamın islama və insanlığa zidd hərəkət olduğunu bildirib. Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Sadiq Sadiqi deyib ki, videoya çəkilmiş görüntülər hərtərəfli araşdırılacaq və onun sözlərilə, bu vəhşiliyin, terrorizm və qəddarlıq aktının arxasında olan Taliban cınayətkarları tapılacaq.

Pərvan rəsmiləri edamın keçən ayın sonları baş verdiyini bildiriblər.

Əfqanıstanın qadın hüquqları təşkilatları beynəlxalq qüvvələrin müharibənin tüğyan etdiyi ölkəni tərk etməsindən sonra qadınların statusunun onlarda narahat doğurduğunu bildirib. Birləşmiş Ştatlar və Əfqanıstanın Talibanla siyasi danışıqlar aparmaq səyləri ilə bağlı da xüsusi narahatlıqlar mövcuddur.

1990-cı illərdə Taliban hükuməti dövründə qadınların işləmək, təhsil almaq, ya da evi müşayiəti olmadan evi tərk etmək hüquqları olmayıb.

Əfqanıstandan gələn digər məlumatlarda isə NATO-nun bazar ertəsi günü ölkənin şərqində yol kənarında yerləşdirilmiş bomba hücumunda həlak olan altı koalisiya əsgərinin amerikali olduğunu təsdiq etdiyi bildirilir. Yeddinci əsgər həftənin bazar günü cənubda baş verən üsyançı hücumu nəticəsində həlak olub.

Taliban bildirib ki, Vardak vilayətində altı ABŞ əsgərinin ölümü ilə nəticələnən bombanı onlar yerləşdirib.

Bazar günü habelə ölkənin cənubunda yerləşən Qəndahar vilayətində yol kənarında yerləşdirilmiş iki partlayış nəticəsində 14 nəfər əfqan vətəndaşının həlak olduğunu bildirilir.

Jurnalistlərlə müsahibədə NATO-nun sözçüsü briqada generalı Günter Katz bazar ertəsi gününü Əfqanıstan vətəndaşları, koalisiya və əfqan qüvvələri üçün ağır gün adlandırıb. O, həlak olanlar və yaralananların yaxınları, ailə üzvləri və dostlarına başsağlığı bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG