Accessibility links

Fərhundənin ölümündə təqsirləndirilən 11 polis zabitinə hökm oxunub


Digər 8 zabit isə sərbəst buraxılıb

Kabil məhkəməsi bu ilin əvvəli kütləvi halda bir qadını döyüb öldürən 11 polis zabitinə hökm çıxarıb, digər 8 polis zabitini isə sərbəst buraxıb.

Hakim 11 zabiti martın 19-da 27 yaşlı Fərhundəni qəddar hücumdan müdafiə etməməklə vəzifələrinə laqeyd yanaşmaqda təqsirləndirib. Fərhundə müsəlmanların müqəddəs kitabı olan Quranı yandırmaqda yanlış ittiham olunub.

Mobil telefonla çəkilən videoda onun çubuqla döyüldüyü, cəsədinin Kabil küçələri ilə yerlə sürülüb aparıldığı, yandırılıb çaya atılmazdan öncə isə binanın damından atıldığı və üzərindən maşının keçdiyi göstərilir.

Hücumlar Əfqanıstanda etirazlara və Əfqanıstan prezidenti Əşrəf Qani, habelə BMT daxil olmaqla isə beynəlxalq icitmiayyətin qınaqlarına səbəb olub.

Əfqanıstan rəsmiləri ədalətin bərpa olunacağını vəd ediblər.

Hücumda iştirak etdikləri və ya qarşısını almadıqları üçün 30 mülki şəxs və 19 polis zabiti həbs olunub.

Bu ayın əvvəli məhkəmə mülki şəxslərdən 4-nə ölüm hökmü çıxarıb. Onların arasında Fərhundəni Quranı təhqir etməkdə yanlış olaraq günahlandıran Molla Zainul Abidin də var. Digər 8 nəfər isə 16 il hökm cəzası alıb.

Əfqanıstan parlamentinin qadın üzvü olan Fərhundə Zəhra Nadiri hökmlə bağlı narazılığını bildirib. O, qərarın hüquqi deyil, siyasi olduğunu bildirib. O deyib ki, Kabil polis rəisi və Daxil İşlər Nazirinin Cinayət Müdirliyinin sədri də polisin davranışına görə məsuliyyətə cəlb olunmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG