Accessibility links

Əfqanıstanda intiharçı hücumu nəticəsində 25 adam həlak olub


Əfqanıstanda intiharçı hücumu nəticəsində 25 adam həlak olub. Bu, son həftələr ərzində həyata keçirilən ən ciddi hücum hesab edilir.

Hadisə Nanqarhar vilayətinin Dur Baba rayonundakı dəfn mərasimi zamanı baş verib. Rəsmilərin bildirdiyinə görə, hücumun hədəfi vilayətin valisi Həmişə Gül olub. O, yaralanan 50 adam arasındadır.

Hücumun məsuliyyətini üzərinə alan olmayıb.

Adətən hökumət rəsmilərinə qarşı hücumların məsuliyyətini Taliban daşıyır.
XS
SM
MD
LG