Accessibility links

Əfqanistan vahəsi - Karğa Gölü [Video]


Cümə günləri yollarda avtomobil tıxacının uzunluğu km-lərə çatır. Gənclərdən və ailələrdən olan qruplar avtomobilləri ilə gölə üz tutur, küçə satıcıları isə motosikletlərdə mallarını satmağa çalışır.

"Əvvəllər alver pis gedirdi. İndi isə yavaş-yavaş düzəlir. Mən hər cümə günü burada işləyirəm, həftənin yerdə qalan qalan günləri isə məktəbə gedirəm."

Bu, çox yerdə belədir. Ancaq Kabil şəhərində müntəzəm olaraq ölümlə nəticələnən zorakılıqlar baş verdiyi halda Karğa Gölü şəhərində küçələrdə uniformada silahlı insana rast gəlmirsən. Burada yol nəqliyyatını əli avtomatlı polis işçisi deyil, fit gəzdirən zabit görürsən.

Zəminullah ailəsi ilə burada olmaqdan şaddır.

Zaminullah: "İstirahət üçün, görüşmək üçün yer yoxdur. Bildiyiniz kimi Əfqanistan müharibə zonasına çevrilib və insanlar bu müharibələrdə hər şeyini itirib."

30 il davam edən müharibə nəticəsində sərt qanunlar tətbiq edilir. Taliban demək olar ki, Əfqanistanda bütün istirahət yerlərini dağıdıb. Buna görə insanlar təhlükəyə rəğmən buraya axışırlar.

Bir il əvvəl şüşə restorana hücum olmuşdu, hərçənd ki, indi həmin hücumdan əsər-əlamət qalmayıb. Aydındır ki, təhlükəsizlik yeganə problem deyil. Sadəcə, insanlar əylənmək fürsətini əldən vermək istəmirlər.

Göldə gəmi səyahəti populyardır. Ziyarətçilər bəzən surprizlərlə qarşılaşırlar. Məşur Əfqan komediya ustasının canlı çıxışı kimi.

Burda insan Əfqanistanın müharibə ölkəsi olduğunu unuda bilir. Bir vaxtlar xarici vətəndaşların ən çox ziyarət etdikləri Əfqanistandakı yeganə qolf sahəsi indi bom-boşdur.

Ancaq əfqanlar müharibəni unutmaq üçün buraya gəlməyə davam edirlər. Onlar burada həyatdan az da olsa ləzzət almağa çalışırlar.

XS
SM
MD
LG