Accessibility links

Əfqanıstanın Kunduz şəhərində yeni toqquşmalar qeydə alınıb. Təhlükəsizlik qüvvələri Talibanın nəzarətində olan şəhəri ələ almağa cəhd göstərib. Əfqanıstanın müdafiə nazirliyinin bildirdiyinə görə qüvvələr polis bölməsinin baş qərargahını və həbsxananı ələ keçirib. NATO rəsmiləri bildirir ki, ABŞ hərbi qüvvələri həmin əraziyə hava hücumları təşkil edib.

Militantlar Taliban bayrağını şəhər mərkəzində dalğalandırıb və 500 məhbusu həbsxanadan azad edib.

Əfqanıstanda Taliban sözçüsü militantların yeni əraziləri ələ keçirdiyini iddia edir.

Ordu rəhbərinin müavini general Murad Əli Murad bildirib ki, hərbi qüvvələr bölgəyə gələrək şəhəri mühasirəyə alıb.

Bazar ertəsi baş verən qarşıdurma zamanı Əfqanıstanın təhlükəsizlik qüvvələrinin onlarla üzvü həlak olub və yaralanıb. General Murad qüvvələrin bölgədən çıxarılmasını taktiki addım olaraq adlandırıb. O, şəhərin bəzi ərazilərinə hökumət qüvvələrinin nəzarət etdiyini bildirib.

Kunduz şəhərinin hökumət qüvvələrinin nəzarətindən çıxması prezident Əşrəf Qani iqtidarı üçün böyük uğursuzluq kimi qiymətləndirilir.

Taliban sözçüsü Zabihullah Mücahid media vasitəsi ilə xarici humanitar qrupların Kunduzda fəaliyyətlərini fasiləsiz davam etməyə çağıraraq, onlara qarşılaşdıqları problemlərin həllind kömək ediləcəyinə söz verib.​

XS
SM
MD
LG