Accessibility links

Əfqanıstan höküməti ilə üsyançı qrup arasında sülh razılığı əldə edilib


Əfqanıstanın koalisiya höküməti ölkənin ikinci ən böyük qiyamçı qrupu ilə uzunmüddətli sülh razılaşması imzalayıb.

Hizb-İslami qrupu ilə imzalanan barışıq razılığı ölkədəki digər üsyançı qrupların da bu prosesə qoşulacağına ümid edilir.

Əfqanıstanda ilk dəfədir ki, 2001-ci ildə ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Talibanı hakimiyyətdən devirdikdən və 15 ildir davam edən müharibədən sonra sülh razılığı əldə olunub.

Hizb-İslami qrupuna Qülbuddin Hikmətyar rəhbərlik edir. O, 1980-ci illərdə Sövet İttifaqına qarşı döyüşən partizan komandir kimi tanınır. Daha sonra onun qüvvələri 1990-cı illərdə Əfqanıstanda nəzarəti ələ almaq üçün Taliban yaraqlıları ilə döyüşüb.

Razılıq Əfqanıstan təhlükəsizlik qüvvələrinin məsləhətçisi Hanif Atmar və Hikmətyarın baş məsləhətçisi Kərim Amin tərəfindən imzalanıb.

Əldə olunan razılıqdan sonra illərdir Pakistanda gizlənən Hikmətyarın ölkəyə qayıdacağı gözlənilir.

Bu addım ölkədəki insan haqları qruplarının etirazına səbəb olub. Onlar paytaxt Kabildə etiraz aksiyası keçirərək Hikmətyarı “Kabilin Qəssabı” adlandırıb.

Razılıq prezident Əşrəf Xani və Hikmətyarın imzalamasından sonra qüvvəyə minəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG