Accessibility links

Birləşmiş Millətlər Təşkilatı bildirib ki, Əfqanıstanın tiryək istehsalı bu il ən yüksək nöqtədədir.

BMT-nin Narkotiklər və Cinayətlər üzrə İdarəsinin (UNODC) yaydığı hesabata əsasən ölkənin tiryək istehsalı ötən ilin istehsalından 17 faiz daha çoxdur və təxminən 6.400 ton təşkil edir.

Hesabatda bildirilib ki, tiryək istehsalı üçün istifadə olunan torpaq sahəsi bu il 7 faiz artaraq 224.000 hektar olub.

Təhlilçilər bildirirlər ki, dünyada istehsal edilən tiryəyik 80 faizi Əfqanıstanın payına düşür. Qeyri-qanuni narkotik alverindən Taliban qiyamçılarını bəhrələnir.

ABŞ-ın 2001-ci ildə Əfqanıstanı işğalından bəri narkotik alveri ilə mübarizəyə 7.8 milyard pul sərf edib.

UNODC-nin əməkdaşı Jan-Lük Lemayö bildirib ki, narkotik alveri Əfqanıstanın ümumdaxil məhsul istehsalının 20 faizini təşkil edir. O bildirib ki, bu sahədə 410.000-dən artıq insan işləyir.

Wall Street Journal-ın məlumatına əsasən, bu il duru tiryəkin 1 kilosu 114 dollar dəyərindədir.

Lemanyö bildirib ki, ABŞ-ın başçılıq hərbi koalisiya döyüş əməliyyatları dayandırıldıqda Əfqanıstanda xaş-xaş istehsalının artacağı gözlənilir.

XS
SM
MD
LG